Polis əməkdaşları məktəblərdə şagirdlərə təlim-tərbiyə və təhsilinə görə inzibati məsuliyyət daşımaları barədə məlumat verib.
Ucnoqta.az xəbər verir ki, Xəzər rayonunda məktəblərdə məlumatlandırma aparan polis əməkdaşları dərsdə iştirak etməyən şagirdlər barəsində cəza tədbirlərinin görülə biləcəyi ilə bağlı xəbəradrlıq edib. Şagirdlərin məktəb daxilində nizam intizam qaydalarına, saç düzümü və davamiyyətinə əməl edilməsinin vacib olduğu bildirilib. Polis əməkdaşları şagirdlərin mobil telefonla, kəsici-deşci vasitələrlə məktəbə gəlmələrinin qadağan olunduğunu diqqətə çatdırıb.
Şagirdlərin üzərinə baxış keçirilərkən qadağan edilmiş əşyalar aşkar edilərsə, şagird və valideynlər barəsində cəza tədbirinin görüləcəyi barədə xəbərdarlıq edilib.