Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Minskə səfər edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Şoyqu İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək.
Onu hava limanında Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Qolfoviç qarşılayıb.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, Şoyqu iclas iştirakçılarına “Birlik dövlətinin təhlükəsizlik konsepsiyası haqqında” məsələ ilə bağlı məlumat verəcək.