San Fransisko Zooparkı milli fövqəladə vəziyyət və sunami xəbərdarlığı səbəbindən fəaliyyətini müvəqqəti bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə zoopark administrasiyasının yaydığı məlumatda deyilir.
Yerli hakimiyyət orqanları sakinlərə ehtiyat tədbirləri görməyə və sahilyanı ərazilərdən qaçmağa xəbərdarlıq edərək vəziyyəti nəzarətdə saxlamaqda davam edir.
Xatırladaq ki, Kaliforniyada 7 bal gücündə zəlzələ qeydə alınıb.