Kaliforniyada sunami xəbərdarlığı ləğv edilib (YENİLƏNİB)

00:08 - 6 Dekabr 2024 - DÜNYA

Zəlzələdən sonra Kaliforniyada sunami təhlükəsi ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə meteoroloqlar məlumat verib.

23:41

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alındıqdan sonra sahilləri sunami təhlükəsi elan edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, xəbərdarlıq Şimali Kaliforniyaya, o cümlədən San-Fransisko şəhərinə, eləcə də qonşu Oreqon ştatının sahillərinə aiddir.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Petrolia şəhərindən (Kaliforniya) 63 km qərbdə, Atlantik okeanında yerləşib.
Ocaq 0,6 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti