Netanyahu Polşaya gələrsə BCM-nin qərarı icar olunacaq - XİN

20:39 - 5 Dekabr 2024 - DÜNYA

Polşa hakimiyyəti İsrailin baş naziri Binyamin Netanyahunun ölkəyə gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbsinə dair orderi icra edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə PAP xəbər agentliyinə Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Anjey Şeyna bildirib.

“Polşa Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına hörmət edir və onlara əməl edəcək”, - Şeyna bildirib.

Diplomat oxşar mövqeyi Seymin (Polşa parlamentinin aşağı palatası) xarici əlaqələr üzrə kollegiyasının iclasında parlament sorğusu zamanı bildirib.
O, Varşavanın qərarlarının həyata keçirilməsində BCM ilə əməkdaşlıq etməyə borclu olduğunu vurğulayıb.

Xəbər xətti