Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir. Aidiyyəti dövlət və hökumət qurumlarının rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyəni təmsil edən uşaqlar iştirak ediblər.
O uşaqlardan biridə Bakı şəhəri, Nizami rayonu 61 saylı orta məktəbin 9-cu sinif şagirdi Nərgiz Adıgözəlovadır. Nərgizin 14 yaşı var. Dərs əlaçısı olmaqla yanaşı ictimai fəaldır və uğurlarıda vardır.
O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 01.06.2017-ci və 2018-ci illərdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusundə keçirilən tədbirlərində iştirakçısı olub və hər iki tədbirdə fəal iştirakına görə Diploma layiq görülüb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi Heydər Əliyevin 100 illiyi ilə əlaqədar məktəblilər arasında keçirilən Şahmat turnirinin Nizami rayonu üzrə qalibi olub. Elə buna görə də O, Respublika Uşaqlarının VI Forumuna nümayəndə seçilib.
Forum iştirakçısı Nərgiz Adıgözəlovadan Forumun işi ilə bağlı fikirlərini öyrəndik.
O, bildirdi ki: “Bu gün Uşaqların VI Forumunda iştirak etmək qürurvericidr.
Çünki tarixi hadisənin bir parçası olmaq, dövlət və hökümət nümayəndələri ilə, deputatlarla, xarici rəsmi qonaqlarla eyni məkanda tədbirdə olmaq, intellektual uşaqlarla fikir mübadiləsi aparmaq fikrimcə hər bir iştirakçı uşağın həyatında müsbət iz buraxacaqdır.
Biz bu gün burada rəsmi açılışdan sonra uşaqlarla “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar - Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi - Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi - Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti - Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq - təbiəti qoruyaq” mövzuları üzrə müzakirələr aparır və müvafiq təkliflərlə çıxış edirik. Məsələn mən müzakirələrdə uşaqların informasiya təhlükəsindən qorumaq olacaqmı yaxud bu günün uşaqlarının gələcəkdə Qlobal iqlim problemlərindən əziyyət çəkməmək üçün hansı işlərin görülməsinin vacibliyi barədə suallar verdim və onun müzakirəsini apardıq. Forum bizə eyni zamanda yeni dostlar qazandırır, biz bu gün Forumun təşkil etdiyi səhər yeməyində, günorta yeməyində, çay-kofe fasiləsində və müzakirələrdə iştirakçı uşaqlarla mehriban münasibətlər yaranır. Hətta bu gün Forumun sonunda musiqili proqramımızda olacaq. Bu baxımdan, Uşaqlar Forumu çox əhəmiyyətlidir. Uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçımız cənab İlham Əliyevə, hörmətli Mehriban xanım Əliyevaya minnətdarıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Elm və Təhsil Nazirliyinə təşkilatçılığa görə minnətdarlığımızı bildiririk.”
Nərgiz Adıgözəlova
Respublika Uşaqlarının VI Forumunun iştirakçısı