Fələstinin Qəzza zolağında son 24 saat ərzində İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərini havadan bombardmanları və atəşə tutması nəticəsində 50-yə yaxın insan həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin qeyd etdiyi kimi, “son 24 saat ərzində İsrailin anklavda təcavüzü nəticəsində 48 nəfər həlak olub, 200-dən çox insan yaralanıb”.
Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin ötən ilin oktyabrından bu günə qədər sektorda keçirdiyi hərbi əməliyyat zamanı “anklavda 44 580 nəfər həlak olub, 105 739 nəfər yaralanıb”.