Qız üstündə davaya görə 3 il həbs olundu

16:25 - 5 Dekabr 2024 - Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Tapdıqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Ucnoqta.az pravda.az-a istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, 3 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 06 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Nar bağları" adlanan ərazidə qeydə alınıb.

Belə ki, zərərçəkmiş Kamal Həsənov tanışı, 2001-ci il təvəllüdlü Nurlan Tapdıqovu görüşə çağırıb. Buna səbəb isə təqsirləndirilən şəxsin onun tanışı olan qıza "TikTok"da mesaj yazması olub. Görüş zamanı Kamal beysbol çubuğu ilə ona qəsdən bir neçə dəfə zərbə vuraraq. Sonra Nurlan hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı bıçaqla ona qəsdən bir neçə dəfə zərbə endirib.

Daha sonra Nurlan Tapdıqov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

Xəbər xətti