Çərşənbə günü gecə bir neçə saat ərzində ölkədə hərbi vəziyyət elan edən Koreya Respublikasının prezidenti Yon Sok Yol Quru Qoşunlarının Baş Qərargah rəisi Park An-sunun istefasını qəbul etməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
O, istefa ərizəsini dekabrın 4-də, hərbi vəziyyətin ləğv edildiyi gün verib.
O, bu barədə parlamentin müdafiə komitəsinin növbədənkənar iclasında danışıb. Prezident təhlükəsizlik problemlərini əsas gətirərək Park Ahn-sunu vəzifədən azad etməkdən imtina edib.
Eyni zamanda prezident müdafiə naziri Kim Yonqhyun istefasını qəbul edib