Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Belarus arasında İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq təklifini qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının rəsmi hüquqi informasiya portalında dərc olunmuş sərəncamında deyilir.
Məlumata görə, ən yüksək səviyyədə, yəni prezidentlər səviyyəsində növbəti Rusiya-Belarus görüşü dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurası çərçivəsində keçiriləcək.
Sənəddə həmçinin qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinə bu müqavilənin imzalanması ilə bağlı danışıqlar zamanı öz layihəsinə əsassız dəyişikliklər etməyə icazə verilsin.