"Hizbullah" yenidən silahlanmağa başlayıb - Reuters

12:42 - 5 Dekabr 2024 - DÜNYA

"Hizbullah" hərəkatı yeni döyüşçülər cəlb etməyə başlayıb və silah ehtiyatlarını artırmağa çalışır, ona görə də uzunmüddətli perspektivdə ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri üçün təhlükə yaradacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika kəşfiyyatına çıxışı olan mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Onların məlumatına görə, son həftələr Hizbullah yeni kadrlar axtarır və öz istehsalı da daxil olmaqla yenidən silahlanmağa çalışır.
Agentliyin qeyd etdiyi kimi, son günlər İsrail hərəkatın Livandakı raket qurğularına hücum edərək, onun hərbi gücünü sarsıtmağa çalışır.
ABŞ kəşfiyyatının hesablamalarına görə, hərəkat məhdud atəş gücü ilə fəaliyyət göstərir, çünki o, silah ehtiyatının yarısından çoxunu itirib. "Hizbullah"ın itkiləri minlərlədir.
Bununla belə, Livan hərəkatında hələ də minlərlə qısa mənzilli raket var.

Bundan əlavə, hərəkat digər dövlətlərin istehsal imkanlarından istifadə edərək gücünü artırmaq niyyətindədir.
Agentliyin həmsöhbətləri deyirlər ki, ötən həftə Livan-İsrail sərhədində əldə olunan atəşkəsdən sonra bu səylərin nə qədər səngidiyi aydın deyil.

Xəbər xətti