Volodimir Zelenski Ukraynanın Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməsi haqqında fərmanı imzaladığını bildirib.
Ucnoqta.az xəbər verir ki, müvafiq sərəncam onun saytında dərc olunub.
Qeyd edilir ki, siyahılara 19 nəfər, o cümlədən “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstanın baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Tbilisi meri Kaxa Kaladze, o cümlədən Gürcüstan parlamentinin bir sıra hakimləri və deputatları daxil edilib.
“Mən indicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarını qüvvəyə mindirən fərman imzaladım və bunlar Gürcüstan hakimiyyətinin bir hissəsinə qarşı sanksiyalardır.
Ukrayna İvanişviliyə və onun şəriklərinə, 19 nəfərə qarşı sanksiya tətbiq edib”, - deyə Zelenski Telegram kanalında yayımladığı videoda bildirib.