Əli Əsədov qərar imzaladı

11:32 - 5 Dekabr 2024 - Xəbər

Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bir sıra su anbarları, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları, ümumilikdə 60 obyekt siyahıya əlavə edilib.

Xəbər xətti