Çin ABŞ-ın 13 silah istehsalçısına sanksiya tətbiq edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Çin Tayvanı təchiz etdiyi üçün ABŞ-ın 13 silah istehsalçısına sanksiya tətbiq edib.
Qeyd olunur ki, məhdudiyyətlər 5 dekabr 2024-cü ildə qüvvəyə minir.
Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslərin aktivləri dondurulur və onlarla iş aparılması qadağandır.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlərə məruz qalan liderlərin Çinə girişi qadağandır.