İranın qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Əhvaz şəhərindən 99 km şimal-şərqdə baş verib. Ocaq 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.