İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Xan Yunis şəhərinin humanitar zonasında keçirdiyi xüsusi əməliyyat nəticəsində Fələstinin radikal HƏMAS hərəkatının bir neçə yüksək rütbəli komandirini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.
Bildirilir ki, "Həmas" humanitar zonadan terror fəaliyyətləri üçün istifadə etməyə davam edir.
Belə ki, İsrail Müdafiə Qüvvələri Xan Yunis humanitar zonasında terror fəaliyyəti həyata keçirən yüksək vəzifəli Həmas terrorçularını məhv edib. Qeyd olunur ki, ikinci dərəcəli partlayışlar müəyyən edilib ki, bu da ərazidə silah-sursatın olmasını ehtimal edir