ABŞ-ın GONGO təşkilatı və faktiki olaraq Dövlət Departamentinin strukturu olan bədnam "Freedom House" təşkilatı 100 ballıq saxta cədvəlində Azərbaycan 7 bal verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquqşünas Sahib Məmmədov bildirib. Sahib Məmmədov qeyd edir ki, bu təxminən internetin, bütün sosial şəbəkələrin, alternativ medianın qadağaı edildiyi ölkələrə bərabər bir reytinqdir:
"O ölkələrə ki, cəmi bir rəsmi dövlət tv-si var və və bir neçə rəsmi qəzeti. Bu öz yerində. Bu barədə şərh vermirəm.
Bu şərəfsiz təşkilat yenə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsilik edir. "Dağlıq Qarabağ" adlı subyekt göstərir və onu ayrıca qiymətləndirir. Onların qənaəti belədir ki, "Azərbaycan Dağlıq Qarabağı işğal edəndən sonra orda da da vəziyyət pisləşib" - hüquqşünas əlavə edib.