Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

13:33 - 24 May 2024 - Cəmiyyət

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 may Müstəqillik Günü münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

O təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

Xəbər xətti