Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.
Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.
Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.