Ucnoqta.az
www.ucnoqta.az

Bakıdakı bu yaşayış binaları SÖKÜLƏCƏK

23:39 - 16 May 2024 tarixində dərc olunub.

Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.

Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.

Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası