Amerikalı rejissor, Oskar mükafatçısı Rocer Korman 99 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News rejissorun ailəsinə istinadən məlumat yayıb.
Məlumata görə, o, Kaliforniyadakı öz evində dünyasını dəyişib.
O, həyatı boyu 600-dən çox filmə rejissorluq edib və “B filmləri” adlanan aşağı büdcəli kommersiya filmlərində şöhrət qazanıb. Onların arasında: “Qara Əqrəb”, “Qan vedrəsi”, “Piranhalar” və s.
2009-cu ildə Korman kinonun inkişafındakı xüsusi xidmətlərinə görə Oskar mükafatına layiq görülüb.