Ağdamda 4 otaqlı ev yanıb

12:56 - 25 Mart 2024 - Xəbər

Ağdam rayonunun Evoğlu kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti