Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yerin maqnit sahəsindəki pozğunluq indi G4 səviyyəsinə çatıb. Bu beş göstəricili monitorinq şkalasında “çox güclü” deməkdir.
Yer kürəsində rabitəyə ciddi müdaxilə ilə yanaşı, radiorabitələrdə ciddi pozulmalar və peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələr qeydə alına bilər.