Ermənistan Azərbaycan əsgərini təhvil verir
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, xoşməramlılıq əlaməti olaraq və ən yüksək səviyyədə Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, Ruslan Eldəniz oğlu Pənahovun Azərbaycan tərəfinə verilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.