Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan əsgərimizi təhvil verir

22:20 - 4 Mart 2024 tarixində dərc olunub.

Ermənistan Azərbaycan əsgərini təhvil verir

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, xoşməramlılıq əlaməti olaraq və ən yüksək səviyyədə Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, Ruslan Eldəniz oğlu Pənahovun Azərbaycan tərəfinə verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Müəllif: Ucnoqta.az redaksiyası