Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Ucnoqta.az xəbər verir ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib.
2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.
“Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
Doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.
Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Fərid Əhmədov karyerasına 2006-2007-ci ildə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində başlayıb.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.
2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Ailəlidir.