"Toyota Motor Corp." 2023-cü ildə qlobal avtomobil satışlarını 7,2% artıraraq 11,23 milyon avtomobilə çatdırıb ki, bu da şirkət üçün yeni rekorddur.
Ucnoqta.az xəbər verir ki, şirkətin yaydığı press-relizdə bildirilir ki, bu rəqəmə "Daihatsu Motor" və "Hino Motors" törəmə brendlərinin satışları daxildir. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb və 10,7 milyon avtomobil təşkil edib.
O cümlədən Yaponiyada satışlar 20,9% artaraq 2,3 milyona, digər ölkələrdə isə bu rəqəm 4,1% artaraq 8,93 milyona çatıb.
Ötən il avtomobil istehsalı 8,6% artaraq 11,5 milyona çatıb ki, bu da rekord göstəricidir.