Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn şəxs valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
Ucnoqta.az xəbər verir ki, DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsidir.