Xərçəng gənc qadınları vurur - SOS

05:08 - 25 Yanvar 2024 - Cəmiyyət

"Uşaqlıq boynu xərçəngi dünyada qadınlarda ən çox rast gəlinən ginekoloji xərçəngdir. Bu xəstəliyə daha çox gənc qadınlar və reproduktiv yaşda olan qadınlarda rast gəlinir. Son illərdə xüsusilə 30-44 yaşlarında artan bir xəstəlikdir".

 Ucnoqta.az xəbər verir ki, ginekologiya, Doğum və Ginekoloji Onkoloji Cərrahiyyə Mütəxəssisi Dr. Dağgez qadınlarda görülən uşaqlıq boynu xərçəngində erkən diaqnozun əhəmiyyətinə diqqət çəkib. Uşaqlıq boynu xərçənginin müayinə oluna bilən və peyvəndi olan bir xəstəlik olduğunu ifadə edən Dr. Dağgez qeyd edib ki, 30-50 yaş arası qadınlarda çox rast gəlinir. Dağgez qadınların müayinədən keçməsinin vacib olduğunu bildirib.
 
"Bu xəstəliyin ən çox bilinən səbəbi HPV virusudur. Dünyada HPV virusuna qarşı peyvənd hazırlanıb. Bu xəstəlik müayinəsi aparıla bilən xəstəlikdir " – həkim deyir.
Uşaqlıq boynu xərçəngi səbəbiylə can itkisi ola biləcəyi ilə bağlı xəbərdarlıq edən Dağgez qeyd edir ki, 2020-ci ildə bütün dünyada 350 minə yaxın bu xəstəlikdən həyatını itirib.
İlkin mərhələdə aşkar edilərsə, 5 illik sağ qalma nisbəti çox yüksək olmayan, lakin erkən mərhələdə yaşaması daha yaxşı olan bir xəstəlikdir. Odur ki, xərçəng inkişaf etmədən belə erkən aşkarlanması çox vacib olan bir xəstəlikdir. 

Xəbər xətti