Tesla 2025-ci ildə yeni elektrik avtomobilini buraxmağı planlaşdırır

10:30 - 24 Yanvar 2024 - AVTO

Tesla 2025-ci ilin ortalarında Redwood işçi adı altında yeni elektrik avtomobil modelini buraxmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Avtomobil kütləvi istehlakçı üçün nəzərdə tutulmuş “kompakt krossover” kimi yerləşdirilib. Başlanğıc qiyməti təqribən 25 min dollar olacaq.

Krossoverin aşağı qiyməti şirkətə 2023-cü ilin son rübündə satışlarda "Tesla"nı qabaqlayan BYD kimi Çin rəqibləri ilə rəqabət aparmağa imkan verəcək. Mənbələrə görə, Tesla həftədə təxminən 10 min yeni nəsil elektrik avtomobili istehsal etmək niyyətindədir.

Xəbər xətti