Yanvarın 9-da saat 11:30 radələrində Ermənistan ordusunun N saylı hərbi hissənin atəş mövqeyində baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti aşkar edilib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, hərbçi çənə nahiyəsindən ona təyin edilmiş silahdan açılan atəş nəticəsində ölümcül yaralanıb.
Faktla bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin “Döyüş vəzifəsini yerinə yetirərkən və ya döyüş xidməti vəzifəsini yerinə yetirərkən ehtiyatsızlıqdan hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, bir sıra şahidlər dindirilib.
Faktla bağlı araşdırma aparılır, hərbçinin ölüm hallarının tam aydınlaşdırılması üçün bütün zəruri və təxirəsalınmaz tədbirlər görülür.