Bakı şəhər prokuroruna böyük köməkçi təyin olunub

10:42 - 10 Yanvar 2024 - Xəbər

Bakı şəhər prokuroruna böyük köməkçi təyin olunub.

APA xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Xızı rayon prokuroru Rahim Səfəralıyev tutduğu vəzifədən azad olunaraq Bakı şəhər prokurorunun böyük köməkçisi təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Qeyd edək ki, bi qədər əvvəl Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Xızı rayon prokuroru vəzifəsinin icrası Xəyalə Aslanovaya həvalə edilib.

Xəbər xətti