"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür".
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytlardakı xətalarla bağlı keçirilən tədbirdə deyib.
"Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var", - deyə akademik əlavə edib.