Ucnoqta.az
www.ucnoqta.az

“Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür” - Deputat

12:43 - 4 Dekabr 2023 tarixində dərc olunub.

"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür".

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytlardakı xətalarla bağlı keçirilən tədbirdə deyib.

"Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var", - deyə akademik əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası