Koreya Respublikası əlverişsiz hava şəraiti ilə əlaqədar Cənubi Koreya tərəfindən hazırlanmış ilk kəşfiyyat peykinin buraxılışını dekabrın 2-nə təxirə salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Buraxılış əvvəllər noyabrın 30-da Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından SpaceX Falcon 9 raketi ilə planlaşdırılırdı.
Koreya Respublikası KXDR-i izləmək üçün 2025-ci ilin sonunadək Cənubi Koreya tərəfindən hazırlanmış beş peyki orbitə çıxarmaq niyyətindədir.
Pxenyan noyabrın 21-də ilk kəşfiyyat peykini orbitə çıxarıb.