Yüzlərlə erməni yük maşını sərhəddə qalıb

11:48 - 28 Noyabr 2023 - Xəbər

Yüzlərlə erməni yük maşını bir neçə gündür ki, həm Rusiya istiqamətində, həm də əks istiqamətdə Ali Lars keçid məntəqəsindən keçə bilmir.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, sürücülər Rusiya tərəfinin bilərəkdən Ermənistan yük maşınlarının sərhəddən keçməsinə maneələr yaratdığını bildirib. Formal səbəb yüklərin fitosanitar yoxlamasıdır ki, əvvəllər protokola uyğun olaraq həyata keçirilirdi, lakin bu günlərdə Rusiyada artan antierməni əhval-ruhiyyəsi fonunda Rosselxoznadzor, yumşaq desək, qərəzli şəkildə yoxlamalar aparır.

Sürücülər yoxlama üçün əlavə növbə gözləməyə məcbur edilir, sonra isə fitosanitar normaların pozulması iddiası ilə bağlı qərar qəbul edilir. Bu vəziyyət xüsusilə hər gün milyonlarla itkiyə məruz qalan tez xarab olan malların ixracatçılarına təsir edir.

Hazırda 21 avtomobil nəzarət-buraxılış məntəqəsindən Ermənistana qayıdıb, 30-u yoxlamanın nəticəsini gözləyir, yüzlərlə maşın növbəyə durmaqda davam edir.

Xəbər xətti