Pazfarm ilə insanları aldadıb, aradan çıxan qrupun yeni yaratdığı “Future Farm” zəncirində tranzaksiyalar dayanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas yazıb. Onun sözlərinə görə, 200-dən çox vətəndaş aldıqları virtual xiyarları sata bilmirlər. Platformanın təsisçisi Əkrəm isə zənglərimə cavab vermir və hər şeyin yaxşı olacağını, ürəyimizi sərin saxlamağı məsləhət görür.
"Dəfələrlə xəbərdarlıqlar olsa da, insanlar hələ də bu platforma və zəncirlərə inanaraq, yatırım edirlər".