Tovuzda 25 yaşlı gənci qətlə yetirib, meyiti yandıran şəxs çoban olub - TƏFƏRRÜAT

11:40 - 18 Noyabr 2023 - Cəmiyyət

Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatı məlum olub.

Ucnoqta.az-ın “Report”a istinadən məlumatına görə, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, “Ağ dağ” deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.

Hadisənin Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.

Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbər xətti