Naftalanda itkin düşən 27 yaşlı qadın tapılıb

18:42 - 17 Noyabr 2023 - Cəmiyyət

 

Naftalanda itkin düşən 27 yaşlı qadın tapılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın Bakı şəhərində olduğu müəyyən edilib. F. Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini bildirib.

Xəbər xətti