İraqın şimalındakı ABŞ hərbi bazasına hücum olub

12:22 - 17 Noyabr 2023 - Xəbər

Pilotsuz təyyarə İraqın şimalında ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir hava bazasına zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Hücuma görə məsuliyyəti “İraqın İslam Müqaviməti” təşkilatı öz üzərinə götürüb: Təşkilatın məlumatına görə, PUA nəzərdə tutulan hədəfi vurub.

Baza noyabrın 11 və 9-da da pilotsuz təyyarə ilə hücuma məruz qalıb. 

Xəbər xətti