Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov "Rusiyanın Əmək Şöhrəti" ordeni ilə təltif edilib.
Ucnoqta.az xəbər verir ki, həmçinin Çeçenistan rəhbərinin oğlu 1-ci dərəcəli “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə” medalı alıb.
Adamın hazırda müxtəlif dərəcələrdə doqquz mükafatı var.