Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində rəqibi Uruqvay millisinin müdafiəçisi Matias Oliveraya qarşı kobud hərəkət edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı futbolçular arasında qarşıdurma yaranıb və bu zaman Messi əvvəlcə uruqvaylı müdafiəçini itələyib, sonra isə boynundan tutub. Lakin argentinalı futbolçu hadisəyə görə cəzalandırılmayıb.
Görüş Uruqvay yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.