Apple şirkəti həddindən artıq qızma problemini həll etmək üçün iPhone 16-da qrafen istilik yayma sistemindən istifadə etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “MacRumors” insayder Kosutamiyə istinadən məlumat yayıb.
Bildirilib ki, Apple iPhone 16 xətti üçün qrafen istilik ötürmə sistemi üzərində işləyir. Eyni zamanda iPhone 16 Pro və Pro Max modelləri istiliyi azaltmaq üçün əlavə olaraq metal batareya qutuları ilə təchiz oluna bilər.
Qrafen yüksək istilik keçiriciliyinə malikdir, hal-hazırda iPhone radiatorlarında istifadə olunan misi üstələyir. Apple bir müddətdir ki, istilik idarəetməsi üçün qrafenlə maraqlanır, portativ cihazlarda istilik yayılması üçün materialın tədqiqi ilə bağlı patentlər təqdim edir.