Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan İlyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, İlyar Məmmədovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, İlyar Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham verilib.