Azərbaycanda ov qadağan edilə bilər

17:06 - 4 Noyabr 2023 - Xəbər

Azərbaycanda ovun qadağan edilməsi yaxın gələcək üçün istisna deyil. Əgər belə bir tələb olarsa, bu məsələyə baxmaq mümkündür.

APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev deyib. O bildirib ki, bu, heyvan populyasiyasının artımına müsbət təsir gösətərən amildir:

“Belə bir təcrübə dünyada mövcuddur. Bu məsələyə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yox, Zoologiya İnstitutu ilə birlikdə baxılmalıdır. Bu məsələdə maraqlı tərəflər də kifayət qədərdir”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, ovçuluğun tamamilə qadağan edilməsi mümkün deyil, lakin ən azından bir neçə ilə ovun məhdudlaşdırılması mümkündür:

“Lakin bu zaman bütün maraqlı tərəflərlə razılığa gəlmək lazımdır. Bu sahədən gəlir əldə edən şirkətlər, yerli icmalar var. Bu istiqamətdə ictimai dinləmələr keçirilməsi, ictimaiyyətin fikri öyrənilməlidir”.

Xəbər xətti