Azərbaycan XİN Nepala başsağlığı verib

14:00 - 4 Noyabr 2023 - Xəbər

"Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşımında deyilir.

"Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - başsağlığında bildirilib.

Qeyd edək ki, ötən gecə Nepalda 6 maqnitudalı zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Xəbər xətti