Bu yollarda tıxac var - SİYAHI

08:29 - 4 Noyabr 2023 - Xəbər

Bakıda bəzi yollarda tıxac müşahidə olunur.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət:

1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti