Alimlər genetik mutasiyaları olan xərçəng üçün yeni dərman tapıblar
Ucnoqta.az Lenta.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Cancer Discovery" jurnalında dərc olunub.
Alimlərin fikrincə, MRTX1719 adlanan dərman genetik dəyişiklikləri olan xərçəng hüceyrələrini hədəf alır - CDKN2A şiş bastırıcı gen və MTAP geninin olmaması. Bu mutasiyalar hüceyrələrin nəzarətsiz böyüməsinə imkan verə bilər, lakin MRTX1719 xərçəngi aradan qaldırmaq üçün bu zəiflikdən istifadə edir.
Sınaqlar zamanı alimlər bəzi xərçəng növləri, o cümlədən melanoma, öd kisəsi xərçəngi, mezotelioma və ağciyər xərçəngi olan xəstələrdə müsbət nəticələr göstərə biliblər.