COVİD-lə bağlı vaksinasiya prosesi demək olar başa çatıb - Nazir

11:56 - 2 Noyabr 2023 - Xəbər

Ölkədə COVİD-lə bağlı vaksinasiya prosesi demək olar ki, böyük uğurla başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir:

"Vaksin ehtiyatımız yetərincədir. Vaksin olunmayanlar üçün hələ də gec deyil. Vətəndaşları məsuliyyətlərini dərk edərək vaksinasiya olunmağa çağırıram".

Xəbər xətti