Xəzərin səviyyəsi son 10 ildə isə 114 sm aşağı enib - Nazir

10:49 - 2 Noyabr 2023 - Xəbər

"Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib".

Ucnoqta.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur.

Babayevin sözlərinə görə, dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur:

"Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir".

Xəbər xətti